26 İyun bürclər - Sabaha olan bürclər
Kateqoriya məlum deyil
Qoç - Ən adi, rutin məsələlərin həllində ekstravaqant çözüm
yollarından yararlansanız, problemlərin öhdəsindən gələcəksiniz. Maliyyə məsələləri,
sərmayə layihələri üçün əlverişli zamandır. Əlavə gəlir istisna deyil.
İdeyalarınızı praktikada yoxlayın. Günün ikinci yarısında real gəlir əldə edə
bilərsiniz. Axşam saatlarında sevdiyiniz insanla gəzintiyə yollanın. Əsəblərinizi
cilovlayın.
Buğa -
Qarışıq, mürəkkəb zamandır. Astagəl olmayın, sürətlə hərəkət edin. Xəbərləri
dinləyin, gələn məlumatları saf-çürük edin, hadisələrə təsir imkanlarına malik
insanlarla görüşün. Şəriklərinizin əhvalını və ən mühümü - fikirlərini nəzərə
alın. Sözlərinizə diqqət yetirin. Günün ikinci yarısında həmkarlarınızı rəncidə
edəcək söhbətlərə qatılmayın. Situasiyada münaqişə elementləri var. Hər şeyi səbəbsiz
yerə dramatikləşdirməyin. Şəxsi münasibətlərdə nəyisə tələsdirməyin. Bəzən ehtiyatlı
olmaq gərəkdir. Aqressiyaya və qeybətə meylli insanlardan uzaq durun.
Əkizlər -
Yorucu, usandırıcı, rutin işlərlə dolu gündür. Yaxın ətrafınızdakı insanlar
sizinlə bağlı bəlli gözləntilərə malikdirlər. İşlərin öhdəsindən gələ bilmədiyinizi
anlayırsınızsa, dostlara yardım üçün müraciət edin. Günün ikinci yarısında
praktiki fəaliyyəti ünsiyyətdən üstün tutun. Yaşam və iş məkanlarında qayda
yaradın. Yeni layihənin detallarını qaydaya salmaq üçün səbrli olun. Ailə üzvlərinin
sizə ehtiyacı var. Səhhətinizin qeydinə qalın.
Xərçəng -
Ətrafınızdakı vurnuxmanın adi elementinə çevrilməyin. Plan çərçivəsində hərəkət
edin. Öhdəlik və vədlərinizi unutmayın. Etibar etdiyiniz insanların gözləntilərini
aldatmayın. Görüşə gecikməyin. Günün ikinci yarısında qəza, travma riski var. Şəraiti
səbəbsiz yerə gərginləşdirməyin. Mübahisələrə qatılmayın, münaqişədə tərəf
tutmayın. Hissiyyata qapılaraq sonradan ağır fəsadlara səbəb ola biləcək addım
atmayın. Problemlərin həllinə yaradıcı yanaşsanız, çətin vəziyyətdən asanlıqla çıxış
yolu tapa bilərsiniz. Enerjinizi boşuna xərcləməyin. Ev işləri ilə məşğul olun.
Şir -
Ehtiyatlı olun. Sizi iradənizə zidd olaraq avantüraya cəlb edə bilərlər.
Pullarınızı yanlış yatırma riski var. Sərfəli olmayan alışlar etməyin. Gərəkli
işlə məşğul olun. Ciddi qüvvə və vaxt alan məhğuliyyəti unudun. Lazımi nəticə əldə
etmək üçün var qüvvənizlə çalışın. Günün ikinci yarısında abstrakt ideyaların əsirinə
çevrilməyin. Məlumat axtarın, interneti ələ-vələk edin. Yaxın gələcəkdəki fəaliyyətin
istiqamətlərini tərəfdaşlarla müzakirə edərək ən uğurlu variantı seçin. Ailə
üzvlərinin səhhəti bu gün həssas məsələdir. Uşaqlarla və qocalarla ünsiyyətdə şəfqətli
olun. Evdəkilərin işinə yarayacaq insan olun.
Qız -
Yaşamın müəyyən təfərrüatlarına diqqət yetirin. Narahatlıq, uğursuz şərtlər
istisna deyil. İşgüzar aktivliyiniz ifrata varmamalıdır. Bir müddət fasilə
edin. Yaxın gələcəklə bağlı planlarda dəyişikliklər zamanıdır. Günün ikinci
yarısında situasiyanı təhlil edin. Mübahisələr, durumun aydınlaşdırılması üçün
müzakirələr vaxtınızı alacaq. Ailə üzvləriniz sözlərinizi yanlış anlaya bilərlər.
Axşam saatlarında gəzintiyə çıxın.
Tərəzi -
Xərclərinizi artırmayın. Yaxınlarınızdan qayğınızı əsirgəməyin. Sürətlə inkişaf
edən prosesi donuq nəzərlərlə seyr etməyin. Dəyər verdiyiniz insanın
maraqlarını nəzərə alın. Yaxşılıq müqabilində heç nə gözləməyin. Günün ikinci
yarısında şəfqət və ya səxavətiniz adekvat dəyərləndirilməyə bilər. Sürətli dəyişikliklər
və bəzi uğurlu olaylara rəğmən ziddiyyətlərdən xali olmayan vaxtdır. Yeniliklərin
optimal olması üçün əlinizdən gələni edin. Qarışıq, dolaşıq maliyyə sxemlərinə
qoşulmayın. Yaxşı tanıdığınız insanlarla çalışın.
Əqrəb -
İstədiyinizdən artıq vaxtı ünsiyyətə sərf etməli olacaqsınız. Qarşılıqlı əlaqələrin,
təmasların bir neçə kanalını nəzarətdə saxlayın. Yaxın ətrafınızdakı insanların
sizinlə bağlı ifrat gözləntiləri var. Öz problemlərinizin həlli ilə məşğul
olmağınız bəzilərini qıcıqlandıra bilər. Başqalarının maraqlarını təmin etməyə
can ataraq öz mənafelərinizi unutmayın. Günün ikinci yarısında maneələri dəf edəndə
qətiyyətli olun. Hər deyilən sözə fikir verməyin. İmicinizə fikir verin,
nüfuzunuzu zədələyə biləcək addımlar atmayın. İntuisiyanızın səsinə qulaq asın.
Oxatan -
Günün ilk yarısında yaşananları laqeyd, süst şəkildə seyr etməyin. Aktiv olun, ətrafınızdakı
insanlara fikir verin. Dəyər verdiyiniz şəxsə təzyiq göstərməyə çalışmayın.
Olayların süni təkanlara ehtiyacı yoxdur. Günün ikinci yarısında kiməsə dərhal
yardım etmək istəyiniz əks reaksiya doğura bilər. Narazılıq, sizin hesabınıza nəyəsə
nail olmaq istəkləri ilə qarşılaşacaqsınız. Başqalarının səhvlərinə görə
utanmayın. Pullarınızdan başqalarının faydalanmasına imkan verməyin. Axşam
saatlarında normal istirahət edin.
Oğlaq -
İstəklərinizə nəzarət edin. Praktik olun, durumu normal qiymətləndirin.
Alış-veriş üçün əlverişli zaman deyil. Bir müddət sonra cazibəsini və
aktuallığını itirəcək əşyaya çox pul verməyin. Günün ikinci yarısında mümkün qədər
çox informasiya əldə etməyə çalışın. Təmaslarınıza məhdudiyyət qoymayın.
Dostlarla görüşmək istəyirsinizə, müzakirə ediləcək mövzunu dəqiqləşdirin.
Ümumi maraqlar irəliləyişə təkan verə bilər. Axşam saatlarında internetdə çox
vaxt keçirməyin.
Dolça -
Həyəcan və emosiyaların bol olacağı gündür. Artıq söz deməmək üçün özünüzü ələ
alın. Bədxahlar, sizə qarşı məkrli davranan rəqiblər durumdan istifadə edə bilərlər.
Ünsiyyət çevrəsini yanlış seçməyin. Həddən ziyadə səmimi olmayın. Günün ikinci
yarısında öhdəlikləri və vədləri unutmayın. Zərərli vərdişlərdən, pis əlaqələrdən
qurtulmaq üçün yaxşı zamandır. Zərurət yaranarsa, maliyyə və əmlak məsələlərini
tərəfdaşla, şəriklə müzakirə edə bilərsiniz. Axşam saatlarında normal istirahət
edin.
Balıqlar -
Dostlardan birinin davranışı və sözləri sizi təəccübləndirəcək. Bu adam sizdən
faydalanmaq, vəziyyətdən sui-istifadə etmək istəyir. İşdə həmkarlarınızla
normal davranın. Situasiyaya total nəzarət xülyalarını unudun. Günün ikinci
yarısı kollektiv fəaliyyət üçün münasibdir. Liderlik iddiasına düşməsəniz, hər
şey yaxşı olacaq. Axşam saatlarına yaxın yaxınlarınız sizə yardım etməyə
çalışacaqlar. Onlara azad seçim imkanları yaradın. Yorğunluq, işgüzar
aktivliyin azalması hissləri olacaq. Bir qədər dincəlin.






