Logo

Azərbaycanda təbii artım kəskin azalıb

Azərbaycanda təbii artım kəskin azalıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu ilin birinci yarısının məlumatına əsasən, Azərbaycanda təbii artım 33 faiz azalıb.

Sfera.az bildirir ki, 2020-ci ilin birinci yarısında təbii artım 28 340 nəfər olduğu halda, bu ilin eyni dövründə 19 016 nəfər olub. Müqayisə göstərir ki, bu il təbii artım 9 324 nəfər azalıb.

Bununla əlaqədar olaraq hər 1000 nəfərə düşən təbii artım göstəricisi 5,7-dən 3,8-ə geriləyib.

Təbii artımın kəskin azalmasına doğulanların sayının azalması, ölənlərin sayının isə artması təsir göstərir. Bu ilin birinci yarısında doğulanların sayı 3 293 nəfər azalaraq 56 063 nəfərə düşüb, ölənlərin sayı 6 031 nəfər artaraq 37 047 nəfərə yüksəlib.

Maraqlıdır ki, doğum sayında azalma nikahların sayının 5 390 vahid artması fonunda baş verib.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR