Azərbaycanda əhalinin neçə faizi pensiya alır?
Kateqoriya məlum deyil
Azərbaycan vətəndaşlarının 12,1 faizi pensiya alır.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2021-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1,2141 milyon nəfər pensiyaçı qeydiyyatda olub. Bu, ölkə əhalisinin 12,1 faizini təşkil edir.
Pensiyaçıların 58,8 faizi (713,89 min) yaşa, 29,5 faizi (358,16 min) əlilliyə, 11,7 faizi (142,05 mini) isə ailə başçısını itirməyə görə pensiya alır.
Təyin olunan aylıq pensiyaların orta məbləği 328,8 manatdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə orta pensiya məbləği 10,4 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 8,8 faiz artıb.
Hazırda pensiyaların orta məbləği orta aylıq əmək haqqının 45,4 faizinə bərabərdir.
Vasif
Sfera.az






