Logo

Azərbaycanda daha iki erməni hərbçisinin meyiti tapıldı

Azərbaycanda daha iki erməni hərbçisinin meyiti tapıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda meyiti tapılan erməni hərbçilərinin sayı artıb.

Sfera.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində Ermənistan ordusunun daha 2 hərbçisinin meyiti tapılaraq təxliyə edilib.

Meyitlər Cəbrayıl rayonunda aşkarlanıb. Meyiti tapılan hərbçilərin kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən olunacaq.

Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilən ərazilərindən 2020-ci il noyabrın 10-dan sonra 1 636 nəfərin meyiti aşkarlanıb.

Xatırladaq ki, meyiti tapılan hərbçilər İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusu tərəfindən məhv ediliblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR