Dövlət Sosial Təminat Xidməti ləğv edildi
Kateqoriya məlum deyil
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti ləğv edilib.
Bu gün Azərbaycan prezidenti İlham Əliyevin
imzaladığı "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”
fərmanında dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat
Xidmətinin istifadəsində olan dövlət əmlakının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə verilməsini bir
ay müddətində həll etmək tapşırılıb.






