“Azərbaycan Ordusu mülki şəxsləri atəşə tutmur” - MN
Kateqoriya məlum deyil
"Azərbaycan Ordusu tərəfindən guya Ermənistan ərazisindəki kəndlərin və əhalinin atəşə tutulması xəbərini təkzib edirik".
Bu barədə Sfera.az-a Müdafiə Nazirıliyindən bildirilib.
"Azərbaycan Ordusunun hərbi qulluqçuları beynəlxalq humanitar hüquq prinsiplərinə riayət edərək qeyri-hərbi obyektləri və mülki şəxsləri atəşə tutmur", - deyə nazirlikdən əlavə edilib.






