Logo

Bakıda 2017-ci ildə “Formula-1” axşam keçirilə bilər

Bakıda 2017-ci ildə “Formula-1” axşam keçirilə bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bakıda "Formula-1” Avropa Qran Prisi gələn il axşam keçirilə bilər. Yarışlar süni işıq altında daha maraqlı ola bilər”.

Oxu.Az "Sport Ekspress”ə istinadən xəbər verir ki, bu barədə "Formula-1”-in baş promouteri Berni Ekklstoun bəyan edib.

"2017-ci ildə daha nələrin edilməsi mümkün olması haqqında düşünmək lazımdır. Məsələn, təşkilatçılar yolu daha açıq edə bilərlər. Bu indi edilməyib, çünki gedişatın necə olacağı bilinmədiyi üçün onlar sığortalanmışdılar.

Yarışların axşam 7-də başlayacağını görmək istərdim. Mərhələnin layiqli təşkilatı üçün göstərilən səyləri görmək sevindirici idi. Yol çox yaxşı alındı”, - Ekklstoun deyib.

Qeyd edək ki, Avropa Qran Prisi Bakıda 17-19 iyun tarixlərində keçirilib. Müqaviləyə əsasən, yarışlar Azərbaycanın paytaxtında qarşıdan gələn 4 il müddətində keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR