Logo

Moskva-Naxçıvan-Moskva istiqaməti üzrə aviareys açıldı

Moskva-Naxçıvan-Moskva istiqaməti üzrə aviareys açıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiyanın paytaxtı Moskvadan Azərbaycanın Naxçıvan şəhərinə beynəlxalq aviareys açılıb.

Sfera.az-ın məlumatına görə, bu barədə Naxçıvan Beynəlxalq Hava Limanı məlumat yayıb.

Bildirilib ki, avqustun 12-də Rusiyanın IRAERO aviaşirkəti tərəfindən Moskva-Naxçıvan-Moskva istiqaməti üzrə ilk reys həyata keçirilib.

Qeyd edək ki, Moskva-Naxçıvan-Moskva aviareysinə biletin qiyməti 430 manat, uçuş müddəti 3 saatdır.

Xatırladaq ki, IRAERO aviaşirkəti gələcəkdə Naxçıvan-Gəncə-Naxçıvan istiqamətində də uçuş həyata keçirməyi planlaşdırır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR