Logo

Azərbaycan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimlərinə hazırlıq başladı

Azərbaycan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimlərinə hazırlıq başladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda Azərbaycan, Pakistan və Türkiyənin xüsusi təyinatlı qüvvələri nümayəndələrinin iştirakı ilə "Üç Qardaş - 2021” birgə təliminin yekun planlaşdırılması konfransı keçirilir.

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumta görə, tədbirdə təlimin proqramı, məqsədi, qarşıya qoyulan tapşırıqlar, iştirakçıların sayı və digər təşkilati məsələlər dəqiqləşdirilir.

"Üç Qardaş - 2021” beynəlxalq təliminin dost və tərəfdaş ölkələrin hərbi qulluqçularının sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması üçün əlverişli mühitin yaradılmasına müsbət təsir göstərəcəyi qeyd olunub.

Konfrans avqustun 13-dək davam edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR