Logo

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avqustun 10-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 59 288 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 39 352, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 19 936 nəfər olub.

Hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 5478042, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3200107, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2277935 təşkil edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR