Logo

Bakıda mərkəzi rayonun yaradılması hansı üstünlükləri qazandıracaq? - Mövqe

Bakıda mərkəzi rayonun yaradılması hansı üstünlükləri qazandıracaq? - Mövqe
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bu layihənin reallaşması ilə paytaxtın idarəedilməsi asan və optimal olacaq”.

Bu sözləri Sfera.az-a açıqlamasında Bakıda mərkəzi rayonun yaradılacağı ilə bağlı məlumatlar fonunda bu addımın nə kimi üstünlüklər qazandıracağına aydınlıq gətirərkən, ekspert Cümşüd Nuriyev deyib:

"Şəhər idarəetmə sistemi ali deyil, adi idarəetmədir, hökumətə tabe olan bir qurumdur. Belə bir addım idarəetməni asanlaşdırmağa, optimallaşdırmağa xidmət edəcək. Mərkəzi rayonun yaradılması paytaxtımıza daha çox turistin gəlməsinə də zəmin yaradacaq. Çoxsaylı ölkələr bu kimi addımlar atır. Paris, London, Roma kimi iri şəhərlər bir neçə yerə bölünüb”.

Həmsöhbətimizə görə, Bakı cəmi 4-5 rayondan ibarət olmalıdır:

"Bakıda 12 rayonun olması çoxdur.  Paytaxtın cəmi 4-5 rayona bölünməsi kifayətdir. Pirallahı, Qaradağ rayonlarının olmasına ehtiyac yoxdur. Ona görə də idarəetmə prosesində sözügedən addımın atılması yaxşı nəticələr verə bilər, xüsusən də İçərişəhər ətrafı üçün. Yaradılacaq 4 rayon hesabına Səbail, Nəsimi, Yasamal ərazilərini daha da genişləndirmək olar”.

Rüfət SULTAN

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR