Logo

FHN Quba və Qəbələdə meşədə baş verən yanğınlarla bağlı məlumat yaydı

FHN Quba və Qəbələdə meşədə baş verən yanğınlarla bağlı məlumat yaydı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Quba rayonu, Ərməki kəndi yaxınlığında, meşə ərazisində (mürəkkəb relyefli dağlıq ərazi) 1 ha sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb.

Sfera.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bununla yanaşı, Qəbələ rayonu, Solquca kəndi yaxınlığında, meşə ərazisində (mürəkkəb relyefli dağlıq ərazi) 1,5 ha sahədə quru ot və kol-kos yanıb.

Meşə ərazilərinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğınlar söndürülüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR