“Haber Global” “YouTube”da ən çox izlənilən xəbər kanalı oldu - VİDEO
Kateqoriya məlum deyil
"Haber Global” "YouTube”da iyul ayının nəticəsinə əsasən, 37 milyon izlənmə ilə Türkiyədə ilk sırada qərarlaşıb.
Telekanalın məlumatına əsasən, "Haber Global” kanalı bu göstərici ilə Avropada dördüncü yerdədir.
Bu göstərici sosial media statistikasını və analitiklərini izləyən "Social Blade” saytı tərəfindən qeydə alınıb.
Qeyd olunur ki, xüsusən Türkiyədəki meşə yanğınları ilə bağlı xəbərlərin baxış sayı "YouTube”da bir saatda 400 minə çatıb.
Məlumat üçün qeyd edək ki, "Haber Global” ilk dəfə 24 sentyabr 2018-ci ildə yayımlanmağa başlayıb.






