Logo

Ramil Usubov icra başçısının oğluna yeni vəzifə verdi

Ramil Usubov icra başçısının oğluna yeni vəzifə verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Daxili İşlər Nazirliyində yeni təyinat olub.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Naziri Ramil Usubovun əmri ilə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis bölməsinin rəisi Vüsal Qaraşov tutduğu vəzifəsindən azad edilib. Nazirin digər əmri ilə, Vüsal Qaraşov Yasamal rayon Polis idarəsinin 29-cu polis bölməsinin rəisi təyin edilib.

Nazir Ramil Usubovun digər əmri ilə, Yasamal Rayon Polis idarəsinin 29-cu Polis bölməsinin rəisi, Faiq Hüseynov isə sərəncama götürülüb. DİN-nin mətbuat xidməti məlumatı saytımıza təsdiq edib.

Qeyd edək ki, 29-cu Polis bölməsinin rəisi təyin edilən Vüsal Qaraşov, Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR