Logo

Rövnəq Abdullayev neftin gələcək qiymətini açıqlayıb

Rövnəq Abdullayev neftin gələcək qiymətini açıqlayıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"İlin sonunadək neftin qiyməti 60 dollaradək bahalaşacaq”.

Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

"Neftin qiymətində artım dinamikası nümayiş olunur. Neftin qiyməti artıq dibi görüb. Neftin qiyməti hətta 50 dollar olduğu halda, bu, investisiyayönümlü qiymət deyil.

Son iki il ərzində böyük neft şirkətləri yüzlərlə milyard dollarlıq investisiyaları, bir çox layihələrini saxlayıblar”, - deyə R.Abdullayev bildirib.
 
Dövlət şirkətinin rəhbəri əlavə edib ki, neftin 1 barelinin investisiyayönümlü qiyməti 60-70 dollardır.

"Mənim proqnozuma görə, ilin sonunadək neftin qiyməti 60 dollaradək bahalaşacaq. Lakin neft sənayesinə böyük investisiyaların yatırılması üçün bu da kifayət deyil”, - deyə R. Abdullayev qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR