Logo

Bütün hərbi hissələrdə iyunun 26-da "Açıq qapı" günü təşkil olunacaq

Bütün hərbi hissələrdə iyunun 26-da "Açıq qapı" günü təşkil olunacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı, 23 iyun, SalamNews. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Silahlı Qüvvələr günü münasibətilə iyunun 26-da saat 11.00-da bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil olunacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə şəxsi heyət üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək "Açıq qapı" günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR