Logo

Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib

Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Nazirlər Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edib.

Sfera.az bildirir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, dəyişikliyin məqsədi "Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə" Azərbaycan Respublikası prezidentinin 2015-ci il 26 noyabr tarixli 1582 nömrəli sərəncamının 3.2-ci bəndinin icrasını təmin etməkdir.

Yeni dəyişikliklərə uyğun olaraq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki, Zaqatala, Ağcabədi, Qazax, Cəlilabad, Quba, Şamaxı filialları "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"na əlavə edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR