BNA 47 məntəqədə işıqfor quraşdırdı - son 5 ildə
Kateqoriya məlum deyil
BNA hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə 5 il ərzində nəqliyyat vasitələri üçün 47 məntəqədə işıqfor quraşdırıb.
Bu barədə Sfera.az-a qurumdan məlumat verilib.
Eyni zamanda piyadalar üçün 22 məntəqədə işıqfor quraşdırıldığı da bildirib.
Bunlarla yanaşı, 116 məntəqədə piyada işıqfor seksiyası qoyulub. Hazırda BNA tərəfindən idarə olunan 155 ədəd işıqfor və 342 ədəd işıqforlu yol kəsişməsi var.
Türkan
Sfera.az






