Logo

FHN metroda təlim keçdi - FOTO

FHN metroda təlim keçdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri Bakı Metropoliteninin "Dərnəgül” stansiyasında birgə yanğın-taktiki təlim keçiriblər.

FHN-in mətbuat xidmətindən Sfera.az-a bildiriblər ki, təlim-məşqin mövzusu "Dərnəgül” stansiyasının 2-ci baş yolunda dayanan qatarın 1-ci vaqonunda baş vermiş şərti yanğının söndürülməsi olub. Belə ki, şərti yanğın hadisəsi barədə səsucaldıcıyla məlumat verilib və metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanıb. Bununla yanaşı, hadisə barədə nazirliyin 112 - qaynar telefon xəttinə məlumat verilib.

Daha sonra Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi və Nərimanov rayon Yanğından Mühafizə hissələrinin qüvvələri hadisənin baş verdiyi ünvana gələrək şərti yanğını qısa müddətdə söndürüblər.

Təlim başa çatdıqdan sonra FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı davranış, metropoliten ərazisində yanğınların söndürülməsi və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları barədə məlumat veriblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR