Logo

Bakıda Vətən Müharibəsi şəhidinin xatirəsi əbədiləşdirildi - FOTO

Bakıda Vətən Müharibəsi şəhidinin xatirəsi əbədiləşdirildi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Vətən Müharibəsi şəhidi Sərdar Sərvər oğlu İsmayılovun xatirəsi əbədiləşdirilib.

Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, Bakının Yeni Suraxanı qəsəbəsində onun adına inşa edilmiş bulağın açılışı olub.

Qeyd edək ki, Sərdar İsmayılov 1995-ci il iyulun 31-də Suraxanı rayonunda anadan olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Sərdar İsmayılov 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Sərdar İsmayılov oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra "Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Bakıda Vətən Müharibəsi şəhidinin xatirəsi əbədiləşdirildi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR