Toya gedən 1 nəfər həbs edildi
Sfera.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xxidməti məlumat verib.
Bildirilib ki, monitorinq 225 şadlıq sarayında, 64 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 84 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;
- 2 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;
- 2461 nəfər "COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.






