Logo

Bakıda qanunu pozan “Galendeqwagen” – VİDEO

Bakıda qanunu pozan “Galendeqwagen” – VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan "Galendewagen” markalı avtomobil kameralara tuş gəlib.

Sfera.az "Avtosfer”ə istinadən xəbər verir ki, görüntülərdən də məlum olur ki, "10 XC 300” dövlət nömrə nişanlı avtomobilin sürücüsü başqaları ilə eyni sırada dayanmağı özünə sığışdırmadığı üçün dayanmayaraq əks yola çıxıb və soldan gələn avtomobillərin hərəkətinə mane olur.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində bu cür qayda pozuntusuna görə 100 manat və 4 bal cərimə nəzərdə tutulur. (Maddə 327.4. Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz manat məbləğində cərimə edilir - red.).

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR