Sultanəhməddəki “canlı bomba”nın - Fotosu yayıldı
Kateqoriya məlum deyil
Türkiyə mediası dünən Sultanəhməd meydanında partlayış törədən Suriya əsilli canlı bombanın fotosunu yayıb. “Qafqazinfo” xəbər verir ki, fotoları paylaşılan həmin şəxsin terroru törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Nabil Fadli olduğu ehtimal edilir. İŞİD üzvü olan terrorçuya aid görüntülər 2016-cı ilin yanvarın 5-də çəkilib. Fadlinin qısa müddət əvvəl Türkiyə ərazisinə daxil olduğu bildirilir.






