Bu şəxslərə hərbi xidmətə çağırışdan möhlət hüququ verildi - SƏRƏNCAM
Kateqoriya məlum deyil
Azərbaycan prezidenti İlham Əliyev "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunun qüvvəyə minməsi barədə sərəncam imzalayıb.
Dəyişiklik
Azərbaycanda və xarici ölkələrdə təhsil alan, Azərbaycan vətəndaşı olan bütün
bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilməsini nəzərdə
tutur.
İndiyə qədər
Azərbaycanda ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma
formasında ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və
rezidenturada təhsil alanlara təhsilini bitirənədək, xarici ölkələrin siyahısı
Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində əyani təhsilalma
formasında ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb
təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini
bitirənədək hərbi xidmətə çağırışdan möhlət verilib.
Qüvvəyə
minən yeni qanuna əsasən bundan sonra Azərbaycanda əyani təhsilalma formasında
magistraturada, doktoranturada, xarici ölkələrin təhsil müəssisələrində əyani təhsilalma
formasında ali təhsil pilləsinin magistratura və doktorantura səviyyələrində də
təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət
veriləcək.






