Xoşqədəmlə Doğuş Ərdoğanın iftar süfrəsindən kənarda qaldı - FOTOLAR
Kateqoriya məlum deyil
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tarabya köşkündə iftar süfrəsi verib. İftar süfrəsinə türkiyənin ən öndə gələn elm, mədəniyyət, idman dünyasının tanınmış simaları, iş adamları və digər şəxslər dəvət alıb.
Bizimyol.info türkiyə mətbuatına istinadən xəbər verir ki, iftar süfrəsində iki məşhur sima, müğənni Gülben Ergen və aparıcı Burcu Esmersoy eyni paltarları geyindikləri üçün, mərasimdə pis vəziyyətdə qalıblar. Bir birlərinin yanında görsənməməyə çalışsalar da, KİV nümayəndələri bunu qeydə ala bilib.
İftar süfrəsində digər maraqlı məqam, bir çox tanınmışların öz həyat yoldaşları ilə mərasimə qatılmasına baxmayaraq, tanınmış aparıcı Xoşqədəm Hidayətqızı ilə evli olan Doğuş görünməyib.






