Logo

İstanbulda növbəti partlayış

İstanbulda növbəti partlayış
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İstanbulun Küçükçəkməcə məhəlləsində yolun üzərinə qoyulan səs bombası partladılıb.

Sfera.az Milli.Azanspress-ə istinadən bildirir ki, səhər saatlarında Kanarya Şahin küçəsində  partladılan səs bombası gurultu ilə müşayiət olunub. İstanbul polisi bölgədə ciddi təhlükəsizlik tədbirləri görüb.

Hadisə yerində araşdırma aparılarkən daha bir şübhəli paket tapılıb. Paketin yoxlamadan keçirilməsi üçün bomba mütəxəssisləri əraziyə gətirilib. Araşdırma nəticəsində həmin paketin içində qaz balonunun olduğu məlum olub.

Əhalidə böyük təşviş yaradan hadisədən sonra 1 saat bağlı olan yol yenidən açılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR