Pandemiyanın daha bir qorxulu nəticəsi ilə üzləşəcəyik - ÜST

Pandemiyanın daha bir qorxulu nəticəsi ilə üzləşəcəyik - ÜST
"Dünya hazırda digər təhlükəli xəstəlikləri unudaraq koronavirusla mübarizə aparır”.
 
Sfera.az xəbər verir ki, bu məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və BMT-nin Uşaq Fondunun hesabatında yer alıb.

Hesabata əsasən, bir il ərzində uşaqların qızılca, göy öskürək və digər xəstəliklərə qarşı peyvənd olunma templərində geriləmə qeydə alınıb. 

Mütəxəssislərin məlumatlarına görə, ötən il 23 milyon uşaq əsas xəstəliklərə qarşı immunizasiya ilə əhatə olunmayıb. 

ÜST-nin hesabatında qeyd olunur ki, dünyada 17 milyon uşaq heç bir vaksin qəbul etməyib, 66 ölkədə isə 57 kütləvi peyvənd kampaniyası təxirə salınıb. 

Bununla yanaşı, təqribən 22,7 milyon uşaq difteriya, tetanus və göy öskürəyə qarşı peyvəndin ilk dozasını qəbul etməyib. Qızılcaya qarşı vaxtında peyvənd olunmayan uşaqların sayı isə 3 milyon artaraq 22,3 milyona çatıb.

ÜST, həmçinin xəbərdarlıq edir ki, bu, gec və ya tez xəstəliklərin genişmiqyaslı artımı və çox sayda qurbanların olması ilə nəticələnə bilər. // "Qafqazinfo” 


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...