Sabah bəzi rayonlarda təbii qaz olmayacaq
Kateqoriya məlum deyil
"Azəriqaz” xəbərdarlıq etdi.
Ağdaş və Zaqatala rayonlarında, həmçinin Bakı şəhəri Xəzər rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə "Azəriqaz” İB-dən bildirilib.
Məlumatda qeyd olunur ki, aşkar olunmuş qaz sızmasının ləğvi, yeni çəkilmiş diametri 76 mm-lik qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətlərində aparılacaq təmir işləri və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə iyunun 21-də saat 09:00-dan işlər yekunlaşanadək Ağdaş və Zaqatala rayonlarının, eləcə də Bakı şəhərinin Xəzər rayonunun Qala və Şüvəlan qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.






