Logo

Azərbaycan NATO-nun hərbi təlimlərində iştirak edəcək

Azərbaycan NATO-nun hərbi təlimlərində iştirak edəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İyulun 26-da Gürcüstanda ABŞ ilə birgə "Çevik ruh” (Agile Spirit 2021) çoxmillətli hərbi təlimləri başlayacaq.

"Qafqazinfo” xəbər verir ki, avqustun 6-dək davam edəcək hərbi təlimlərə 15 müttəfiq və tərəfdaş ölkə - Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliyadan 2500-dək hərbi heyət qatılacaq.

Hərbi təlimlərin keçirilməsində məqsəd ABŞ, Gürcüstan, müttəfiqlər və regional tərəfdaşların hərbi qüvvələrinin hazırlığının və qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsidir.

"Çevik ruh” təlimləri komanda-qərargah, çöl şəraitində keçiriləcək və batalyonlar səviyyəsində atış tapşırıqları icra olunacaq.
Təlimlərdə iştirak edəcək ABŞ texnikası artıq Gürcüstana çatdırılıb.
Bu hərbi təlimlər Gürcüstanda 2011-ci ildən etibarən ABŞ və NATO ilə əməkdaşlıq çərçivəsində hər il keçirilir.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR