DSMF pensiyaların artırılması ilə bağlı təkliflər hazırlayır
Kateqoriya məlum deyil
Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaların artırılması ilə bağlı təkliflərin hazırlanmasında yaxından iştirak edir. Bu barədə “Bizim Yol”-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Məlumata görə, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının pensiyaların artırılmasına dair tapşırığına uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondu bu sahədə təkliflərin hazırlanmasında yaxından iştirak edir. Qarşıya qoyulmuş vəzifələrlə bağlı Fond tərəfindən hazırlanacaq yeni təkliflər ictimaiyyətə təqdim olunacaq.






