Logo

Diqqət: Bu maşınlar Ağsu aşırımından keçə bilməz

Diqqət: Bu maşınlar Ağsu aşırımından keçə bilməz
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İyunun 22-dən etibarən Ağsu aşırımında yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulacaq. Bu barədə Publika.az-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, yol təmir olunduqdan sonra burada yük avtomobillərinin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib: "Çünki yük avtomobilləri burada həm təhlükə törədir, həm də enişli-yoxuşlu yolun dağılmasına səbəb olur. Belə bir addımın atılması həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi ilə bağlıdır".

Anar Nəcəfli bildirib ki, yük avtomobili sürücüləri Ağsuya getmək üçün alternativ olaraq Bakı-Ələt-Qazax və Muğanlı- İsmayıllı-Qaraməryəm yolundan istifadə edə bilərlər: "Artıq iyunun 22-dən etibarən Ağsu aşırımında müvafiq yol nişanları və hündürlüyü məhdudlaşdıran qurğular quraşdırılacaq. Qeyd edim ki, bu yolda yük maşınlarının hərəkəti əvvəllər də məhdudlaşdırılmışdı".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR