Ziya Məmmədov Samuxda vətəndaşları qəbul edəcək
Kateqoriya məlum deyil
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə Nəqliyyat Naziri Ziya Məmmədov iyunun 24-də Samux şəhərində Daşkəsən, Göygöl və Samux rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Bu barədə Oxu.Az Nəqliyyat nazirliyinə istinadən xəbər verir.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı iyunun 23-də saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:
- Samux şəhəri, Heydər Əliyev prospekti;
- Göygöl şəhəri, Fikrət Əmirov küçəsi-2;
- Daşkəsən şəhəri, Heydər Əliyev prospekti-4.






