Logo

DİN blogerlər arasında müsabiqə ELAN ETDİ - QAYDALAR

DİN blogerlər arasında müsabiqə ELAN ETDİ - QAYDALAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Mətbuat Xidməti anti-narkotik təbliğatının gücləndirilməsi məqsədilə bloggerlər arasında müsabiqə elan edir.

Sfera.az xəbər verir ki, müsabiqə "Ən yaxşı qısametrajlı film”, "Ən yaxşı foto” və "Ən yaxşı mahnı (rep)” nominasiyaları üzrə keçirilir.

Qiymətləndirmə meyarlarına gəlincə, zamanı materiallar 10 ballıq sistem üzrə qiymətləndirilir, maksimum 50 bal müəyyən olunur. Qiymətləndirilmədə video və fotoya baxış sayı da nəzərə alınacaq.

Müsabiqəyə təqdim olunmuş materialların mükafatlandırılması hər istiqamət üzrə 3 qalib olmaqla müəyyən ediləcək. Birinci yerin qalibi 1000 AZN, ikinci yerin qalibi 500 AZN, üçüncü yerin qalibi isə 300 AZN mükafat alacaq.

Müsabiqələrin mövzuları aşağıdakılardır:

1.Narkotik vasitələrin və psixotrop maddələrin insan üçün heç bir faydası yoxdur;

2. Narkotik vasitələr və psixotrop maddələr insan sağlamlığını və psixologiyasını məhv edir;

3. Narkotik vasitələr və psixotrop maddələr stressi azaltmır, problemləri həll etmir;

4. Narkotik vasitələr və psixotrop maddələr istifadəçilərin həyatını məhv edir;

5. Narkotik vasitələr və psixotrop maddələr ailələrin dağılmasına, sonsuzluğa və digər ağır fəsadlara səbəb olur.

6. Narkotik vasitələrin qanunsuz dövriyyəsində polis əməkdaşlarının qətiyyətli mübarizəsi;

7. Narkomanlıq bir şəxsin yox, bir ailənin faciəsidir.

Təqdim olunan film, foto və mahnıya qoyulan tələblər:

1. Müsabiqədə hər müəllif yalnız bir nominasiya üzrə iştirak edə bilər.

2. Təqdim olunan materiallar müəyyən edilmiş mövzular üzrə olmalıdır.

3. Müsabiqə üçün hazırlanmış materiallar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətində yaradılmış Xüsusi Komissiyaya təqdim olunmalıdır.

Materialların qəbul qaydalarıına əsasən, hazırlanmış material şəxsin sosial şəbəkə səhifəsində paylaşılmalı və Daxili İşlər nazirliyinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki səhifələri "tag” edilməli və müəllif tərəfindən izlənilməlidir. Paylaşım edilərkən #narkotikəyoxdeyək #narkotikləmübarizədəpolisədəstəkolaq #narkotikmüsabiqə həştəqlərindən istifadə olunmalıdır.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR