Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin SAYI ARTDI
Kateqoriya məlum deyil
Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha 3 erməni hərbçisinin meyitinin qalıqları tapılıb.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, cəsədlərin qalıqları işğaldan azad olunmuş Hadrut qəsəbəsi ərazisində aşkarlanaraq qarşı tərəfə təhvil verilib.
Qeyd edilib ki, cəsədlərin şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə ekspertizası təyin edilib.
Xatırladaq ki, hərbi əməliyyatlar bitdikdən bu günə qədər 1601 erməni hərbçisinin cəsədi və ya qalıqları tapılıb.






