Logo

FİA Bakıda “Formula-1” şəhər yolunda dəyişikliklər etdi

FİA Bakıda “Formula-1” şəhər yolunda dəyişikliklər etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

FİA (Beynəlxalq avtomobil Federasiyası) "Formula-1”-in ilk gününün nəticələrinə görə, Bakıda şəhər yoluna kiçik dəyişikliklər edib.

Sfera.az bu barədə Trend-ə istinadən xəbər verir.

Videoya baxışdan sonra konstruksiyandan kənara çıxan boltlara görə, yaranan problemləri aradan qaldırmaq üçün, 6 və 12-ci döngələrdə bardürlər götürülərək çəkilmiş işarələrlə əvəz edilib.

FİA həmçinin pit-leyn çıxışında işarənin yerini və uzunluğunu dəyişib, belə ki, yarış iştirakçıları hündürlüyün dəyişkənliyi üzündən boliddən ağ xətlərin yerini dəqiq görmək çətin olduğunu bildiriblər.

Xatırladaq ki, bu gün Bakıda "Formula-1”in Avropa Qran prisinin ikinci günü start götürür.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR