Bu avtobusun hərəkət sxemi DƏYİŞDİ
Kateqoriya məlum deyil
Bakıda 70 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən Sfera.az-a məlumat verilib.
Dəyişikliyə əsasən bu xətt üzrə avtobusların son dayanacaq məntəqəsi dəyişdirilərək Sabunçu qəsəbəsinədək (155 nömrəli məktəbin yaxınlığı) təşkil edilib.






