Logo

Müdafiə Nazirliyinin Yutub kanalı mükafatlandırıldı - FOTO

Müdafiə Nazirliyinin Yutub kanalı mükafatlandırıldı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Müdafiə Nazirliyinin Yutub kanalı şirkət tərəfindən "Gümüş mükafat”a layiq görülüb.

Sfera.az xəbər verir ki, yutub şirkəti tərəfindən təsis edilmiş "Gümüş mükafat” Müdafiə Nazirliyinin rəsmi Yutub kanalını idarə edən heyətə təqdim olunub.

Yutubun simvolunu əks etdirən mükafat 100 min nəfərdən artıq abunəçisi olan şəxslərə, şirkətlərə, dövlət və qeyri-hökumət təşkilatlarına təqdim edilir. Qeyd edək ki, Müdafiə Nazirliyinin rəsmi yutub kanalı 2016-cı ilin iyunundan fəaliyyətə başlayıb. Bu müddət ərzində Müdafiə Nazirliyinin rəsmi yutub kanalına 2000-ə yaxın video yüklənib. Ötən müddət ərzində kanala yerləşdirilən videoların ümumi izlənmə sayı 43 milyon 500 mindən artıqdır. 2021-ci ilin iyul ayına olan məlumata əsasən kanalın abunəçi sayı 107 mindən çoxdur.

Müdafiə Nazirliyinin Yutub kanalı mükafatlandırıldı - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR