Logo

Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə təmir başlayır

Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə təmir başlayır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Paytaxt yollarında hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması tədbirləri davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən Sfera.az-a verilən məlumata görə, bu çərçivədə Heydər Əliyev prospekti əsas yolun "Bağırov” körpüsü kimi tanınan yolayrıcı tuneldən keçən hissəsində ayırıcı bordürün inşası ilə bağlı layihə hazırlanıb. Layihənin icrası prospektin bu hissəsində baş verən yol nəqliyyat hadisələri zamanı ölüm və xəsarət alma risklərinin minimuma endirilməsinə, piyada təhlükəsizliyi səviyyəsini daha da artırmağa imkan verəcək. Müvafiq dövlət qurumlari ilə razılaşdırılan layihənin icrasına başlanılıb.

Bu səbəbdən, yolun hər iki istiqamətində orta zolaqlar üzrə nəqliyyat axınında fasilələrlə müəyyən ləngimələr yarana bilər. Sürücülərdən hərəkətin təhlükəsizliyi məqsədi ilə görülən işlərə anlayışla yanaşmaları xahiş olunur.

Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə təmir başlayır

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR