Ovçuluq üçün ayrılan ərazilər kiçilir
Kateqoriya məlum deyil
Son 5 ildə Azərbaycanda ovçuluq üçün ayrılan ərazilərin kiçilməsi müşahidə edilir.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2020-ci ildə ovçuluq ərazilərinin ümumi sahəsi 206,3 min hektar olub. 2019-cu illə müqayisədə ərazilərin ümumi sahəsi 13,6 min hektar, 2016-cı illə müqayisədə 79 min hektar kiçilin.
Əvvəlki illərdə ovçuluq üçün ayrılan ərazi daha böyük idi. 2010-cu ildə ovçuluq üçün ayrılan ərazinin ümumi sahəsi 314,4 min hektar olub ki, bu da 2020-ci ildəki göstəricidən 108 min hektar böyükdür.
Vasif
Sfera.az






