Logo

“Bu, özünümüdafiə hüququna lazımsız müdaxilədir...” - Hüquqşünas

“Bu, özünümüdafiə hüququna lazımsız müdaxilədir...” - Hüquqşünas
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bu insanların özünümüdafiə hüququna lazımsız müdaxilədir və məhdudlaşdırmağa hesablanmış addımdır”.

Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin Birinci vitse-spikeri Əli Hüseynlinin bəzi vəkillərin məhkəmədə işin gedişində sübutları təqdim etməklə vaxtı uzatdıqlarını əsas gətirərək, sübutların hazırlıq mərhələsində tədim edilməsinin vacibliyi barədə dediyi fikrə münasibət bildirərkən, hüquqşünas Ələsgər Əhmədoğlu deyib:

"Parlament qanunverici hakimiyyətin qolu olaraq qanunları yaradarkən hökmən Konstitusiyaya uyğun davranmalıdır.  Konstitusiyanın 71-ci maddəsi müəyyən olunan hüquqları məhdudlaşdırmağa yalnız burada müəyyən olunan əsaslar əsasında gedə bilər. Bu baxımdan ədalətli mühakimə olunma hüquqi heç bir halda Konstitusiyada müəyyən olunandan artıq məhdudlaşdırıla bilməz. Azərbaycan Avropa İnsan Haqları Konvensiyasını qəbul edib. Onun 6-cı maddəsində bu məsələ tənzimlənir. Prosesin gedişində tərəflərdən biri özünün daha obyektiv və ədalətli müdafiəsi üçün işin gedişində əlavə sübutlara ehtiyac yarandığını hiss edirsə, istənilən vaxt bu sübutları təqdim edə bilməlidir”.

Eksperti bildirdi ki, bu kimi lazımsız müdaxilələrə ehtiyac yoxdur: "Sübutların yalnız ibtidai araşdırma zamanı verilə bilməsi, sonrakı prosesdə isə bu istiqamətdə vəsadət verilməsinə qadağa qoyulması insanların özünümüdafiə hüququna lazımsız müdaxilədir və məhdudlaşdırmağa hesablanmış addımdır. Bu addım Konstitusiyanın 71-ci maddəsinə ziddir”.

Digər vəkil Vamiq Şükürov isə irəli sürülən təklifi müsbət dəyərləndirdi: "Mülki Prossesual Məcəlləyə dəyişikliklər layihəsində sübutların məhkəmə başlayana qədər, hazırlıq iclasında təqdim edilməsi nəzərdə tutulur.  Məhkəmə başlanaydan sonra isə sübutlar yalnız məhkəmənin  hazırlıq mərhələsindən sonra ortaya çıxdıqda təqdim oluna bilər. Digər hallarda istənilən mərhələdə sübutların təqdim edilməsi məhdudlaşdırılır.  Bu addım məhkəmələrin vaxtını almamağa, işlərə ədalətli, obyektiv baxılmasına xidmət edən amildir. Belə yanaşma bir çox digər ölkələrdə də mövcuddur. Bəzən olur ki, tərəflərdən biri saxta sübut hazırlayır. Bir sıra sübutlar məsələn, hansisa dövlət orqanı, notariusdan keçmədən şirkət daxilində hazırlanır.  Bunların qarşısını almaq üçün sübutların məhz hazırlıq iclasına qədər təqdim olunması  məhdudiyyəti qoyulub”.

Rüfət SULTAN
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR