Logo

Azad olunan ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

Azad olunan ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan Sfera.az-a verilən məlumata görə, iyunun 21-dən 25-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 84, tank əleyhinə 74 mina və 134 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 1 139 168 m² (114 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Azad olunan ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR