Logo

Binədə sexdə baş verən yanğın söndürüldü - YENİLƏNİB

Binədə sexdə baş verən yanğın söndürüldü - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nəm salfetkaların istehsalı sexində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, görülən operativ tədbirlərlə yanğın daha da genişlənməsinin qarşısı alınaraq söndürülüb.

*** 14:52
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nəm salfetkaların istehsalı sexində yanğın olması barədə məlumat daxil olub.

Sfera.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR