Logo

Hüseynbala Mirələmovun “şeytan”ı, Nurlana Əliyevanın nənəsinin cəddi, Vasif Talıbovun toy menyusu – Sevinc Telmanqızı ilə ölkə gündəmi

Hüseynbala Mirələmovun “şeytan”ı, Nurlana Əliyevanın nənəsinin cəddi, Vasif Talıbovun toy menyusu – Sevinc Telmanqızı ilə ölkə gündəmi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva işdən çıxarılmasına etiraz edib.

Deyib ki, kim mənim haqqımda yazırsa, cavabını Allahdan alsın: "Həqiqəti yazmayanlar Nurlana xanım kimi ədalətsizliyə tuşlansınlar. Mənim haqqımda çox şey yazırlar, nə olsun? Yazırlar ermənidir. Nurlana xanımın hər gün oxuduğu "Ayətəl Kürsü"lər, hər gün oxuduğu dualar onlara qənim olsun. Nurlana xanımın nənəsi Tutbəyimin, Hacı seyidin cəddi onlara qənim olsun. Allahdan alsınlar paylarını”.

Rəhbərlik etdiyi universitetdə rüşvətə görə şöbə müdiri həbs edilən və buna görə barəsində də əsaslı şübhələr yaranan eks rektorun bu açıqlaması nədən xəbər verir?

Hüseynbala Mirələmov da yeni müsahibə verərək, barəsində yayılan videonu "Allah şeytana lənət eləsin” deyə qiymətləndirib və deyib ki, onu tənqid edənlərin çoxunun buna haqqı yoxdur. Mirələmov niyə yenidən özünü gündəmə çıxarır? Barəsindəki neqativ rəyləri daha da artırır?

Naxçıvanda toy məclislərində qonaqlara ancaq çay və şirniyyat təqdim ediləcək. Bunu ümumən Azərbaycanda tətbiq etmək olarmı?

Lakin Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi bu iddialara münasibət bildirib.

Daimi nümayəndəlikdən bu informasiyaların əsassız olduğu qeyd edilib.

"Ölkə üzrə qəbul olunmuş pandemiya qaydalarına uyğun olaraq 2021-ci il iyulun 1-dən mövcud tələblər əsasında Naxçıvan Muxtar Respublikasında da toy və digər şənlik mərasimləri toy qaydalarına uyğun keçiriləcək", -məlumatda vurğulanıb.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musavat.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 335 836 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330 084 nəfər müalicə olunaraq sağalıb, 4 968 nəfər vəfat edib, aktiv xəstə sayı 784 nəfərdir.

Ölkədə son sutka ərzində 6 213, hazırkı dövrədək isə 3 728 712 test aparılıb.

Bu və gündəmdəki digər aktual mövzuları bu gün saat 13.30-da müəllif Sevinc Telmanqızının aparıcılığı ilə "Canlı debat” verilişində müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

//www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

//www.youtube.com/user/TVmusavat

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR