50 yaşlı qadın oğlu tərəfindən döyüldü
Kateqoriya məlum deyil
Hacıqabulda 50 yaşlı qadın oğlu tərəfindən döyülüb.
Sfera.az-ın məlumatına görə, hadisə rayonun Ağacanlı kəndində baş verib.
Belə ki, kənd sakini, 1971-ci il təvəllüdlü S. Q. ruhi xəstəlikdən əziyyət çəkən oğlu tərəfindən döyülüb.
Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən qadının vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Tural Hüseynli






