Rusiya azərbaycanlı gənci beynəlxalq axtarışa verdi
Kateqoriya məlum deyil
Rusiya hüquq-mühafizə orqanları 34 yaşlı azərbaycanlı Samir Babayevi beynəlxalq axtarışa verib.
Sfera.az xəbər verir ki, bu barədə İnterpolun rəsmi saytında məlumat verilib.
Əslən Mingəçevirdən olan (1986-cı il təvəllüdlü) Samir Babayevin terror təşkilatının fəaliyyətində iştirak etməkdə ittiham olunduğu qeyd olunub. Rusiya hüquq-mühafizə orqanları onun beynəlxalq axtarışa verilməsi ilə bağlı İnterpola müraciət göndərib.






