Qubada avtomobil qayadan aşdı, sürücü öldü
Kateqoriya məlum deyil
Quba rayonunda yol qəzası baş verib.
Sfera.az-ın verdiyi məlumata görə, hadisə Qaraçay kəndində qeydə alınıb.
Belə ki, Şabran rayon sakini, 1978-ci il təvəllüdlü Qalib Əzməmməd oğlu Əsgərovun sükanı arxasında olduğu "NİVA" markalı avtomobil idarəetmədən çıxaraq qayadan Qaraçay çayının yatağına aşıb. Nəticədə sürücü hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.
(Report)






