“McDonald’s Azərbaycan” şirkəti plastikdən istifadəni əhəmiyyətli dərəcədə azaldır – FOTO

“McDonald’s Azərbaycan” şirkəti plastikdən istifadəni əhəmiyyətli dərəcədə azaldır – FOTO
"McDonald's Azərbaycan” şirkətinin Fəvvarələr meydanında yerləşən restoranında plastik stəkana həsr edilmiş kreativ stend quraşdırılıb.

 

Bu eksponat "McDonald's Azərbaycan” şirkətinin plastikdən istifadəni əhəmiyyətli dərəcədə azaltması, eyni zamanda bioparçalanma qabiliyyətinə malik və sertifikatlaşdırılmış materiallardan istifadəyə keçməsi ilə bağlı özünəməxsus bir ismarışdır.


"McDonald’s Azərbaycan” şirkətinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Emil Hüseynovun"1news.az” agentliyinə bildirdiyinə görə, bu vacib qərar şirkətə illik 32 ton plastikdən istifadəni ixtisar etməyə imkan verəcək.


"Qeyd edək ki, kağız və karton qablaşdırmalar tam olaraq meşələrə zərər vurmayan sertifikatlı xammaldan hazırlanır. Şirkətdə qablaşdırma tullantılarının həcmini azaltmaq və restoranın fəaliyyətini daha ekoloji vəziyyətə gətirmək istiqamətində işlər aparılır. "McDonald's”ın tədarükçüləri əsas bioloji ehtiyatların sertifikatlaşdırılması üzrə beynəlxalq tələblərə cavab verirlər”, - deyə şirkətin nümayəndəsi bildirib.

Qeyd edək ki, ekoloqların fikrincə, plastik qab-qacaq, xüsusilə də onun xırda detalları ətraf mühit üçün təhlükəlidir. İnsan tərəfindən cəmi bir neçə dəqiqəlik istifadə edildikdən sonra onlar ətraf mühit üçün son dərəcə təhlükəli tullantıya çevrilirlər. Plastik 100-500 il ərzində parçalanır. Bu müddət ərzində, onu qida kimi qəbul edən minlərlə dəniz heyvanı və milyonlarla quş tələf olur.


E.Hüseynovun sözlərinə görə, "McDonald's” şirkəti öz restoranlarının iş prosesində innovativ ekoloji həlləri daim sınaqdan keçirir və tətbiq edir. Korporasiyanın planlarına görə, 2025-ci ilədək dünyanın 120 ölkəsində fəaliyyət göstərən 38 mindən çox "McDonald's” restoranında istifadə edilən məhsul qablaşdırması və ləvazimatları bərpa olunan təkrar emal materiallarından istehsal olunacaq.

Xatırladaq ki, "Ətraf mühitin müdafiəsi haqqında” Qanuna edilmiş dəyişikliklərə görə, 2021-ci il iyulun 1-dən etibarən plastik tərkibli bir sıra məmulatlardan istifadə qadağan edilir.




OXŞAR XƏBƏRLƏR

Laçındakı meşə yanğını söndürüldü

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda meşə yanğını başlayıb.   FHN Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, hazırda ...

Qəbul imtahanının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 6-da keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.   Sfera.az xəbər verir ki...

“Səs Azərbaycan”ın iştirakçısı vəfat etdi -VİDEO

“Səs Azərbaycan”ın iştirakçısı, gənc müğənni Qəşəm Cəfərov vəfat edib. Sfera.az xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat yayı...

Azərbaycanda unun topdansatış QİYMƏTİ AÇIQLANDI

Bu günə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25,8-28 manat, o cümlədən Bakı şəhərində və Abşeron ...

PA rəhbəri Humeyd Obeyd Abuşibslə görüşdü - FOTO

İyulun 17-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hesablama Qurumunun sədri Humeyd O...

İsmayıllıda FACİƏ: 25 gün əvvəl doğulan körpə ölü tapıldı

İsmayıllıda körpə müəmmalı şəkildə ölüb.   Sfera.az bildirir ki, hadisə Qaraqaya kəndində qeydə alınıb.   25 gün əvvəl Bakı şəhərindəki xə...