XİN: Azərbaycan COVID-19-a görə 30-dan çox ölkəyə yardım edib

XİN: Azərbaycan COVID-19-a görə 30-dan çox ölkəyə yardım edib
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı İnkişafa Yardım Komitəsinin (OECD DAC) rəsmi internet səhifəsində ölkəmizin xarici ölkələr və beynəlxalq təşkilatlara göstərdiyi yardımları barədə hesabatı dərc edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sfera.az-a verilən məlumata görə, hesabatda aparılmış uğurlu siyasət nəticəsində ölkəmizin yardım alan dövlətdən yardım edən donora çevrildiyi, beynəlxalq yardımların operativ və əlaqələndirilmiş şəkildə göstərilməsi üçün 2011-ci ildə Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) təsis olunduğu vurğulanır. Beynəlxalq yardım siyasətində Dayanıqlı İnkişaf Məqsədlərini rəhbər tutan ölkəmizin qlobal donorluq missiyasında özünə məxsus yer tutduğu, dünyada yayılmış yeni növ koronavirus pandemiyasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası tərəfindən 30-dan çox xarici ölkəyə və 3 beynəlxalq təşkilata yardım edildiyi qeyd edilir.

Hesabatda, həmçinin AIDA-nın fəaliyyətində qlobal sülh, təhlükəsizlik və insanların firavan həyatının təmin edilməsi prinsiplərini rəhbər tutduğu, daha çox təcrübə mübadiləsi, ictimai xidmətlərin inkişafı, təhsil, səhiyyə, əmək və əhalinin sosial müdafiəsi, gənclərin və qadınların cəmiyyətdə rolunun artırılması və digər mühüm sahələrdə inkişaf etməkdə olan ölkələrdə iki və çoxtərəfli əsasda həyata keçirilən təşəbbüslərə dəstəyin göstərildiyi bildirilir. Ölkəmiz tərəfindən göstərilmiş yardımların sektorlar üzrə bölgüsü və statistik rəqəmlərlə yardımları əks olunur.

Ölkəmizin donorluq fəaliyyətinə dair məlumatların beynəlxalq hesabatlarda dərc edilməsi, onun yardım siyasətinə, yüksək iqtisadi imkanlarına beynəlxalq ictimaiyyət tərəfindən qiymətin verilməsi, Azərbaycanın regionun aparıcı dövləti kimi qəbul olunması məhz Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticələridir.

Qeyd etmək istərdik ki, 1961-ci ildə fəaliyyətə başlamış nüfuzlu beynəlxalq təşkilat olan, yüksək iqtisadi göstəricilərə malik 40 donor dövləti öz ətrafında birləşdirən OECD dünyada həyat səviyyəsinin yüksəldilməsinə xidmət edən təşəbbüs və proqramları təbliğ etməkdədir. OECD-nin vacib komitələrindən biri olan DAC isə əsasən donor dövlət və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın effektivliyinin artırılması istiqamətində səmərəli fəaliyyət göstərir. Ölkəmiz sözügedən komitədə 2019-cu ildən etibarən iştirakçı statusu ilə təmsil olunur.

OXŞAR XƏBƏRLƏR

DTX-nin saxladığı Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mə...

Ərdoğan Suriya rəhbəri ilə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barə...

Rusiya daha 1000 əsgərin cənazəsini verib

Rusiyadan Ukraynaya əsgər cənazələrinin təhvil verilməsi davam edir. Rusiya Prezidenti Vladimir Putinin müşaviri və İstanbulda keçirilən birbaşa danışıqlarda Ru...

Sibiqa yenidən xarici işlər naziri olacaq

Ukrayna Ali Radası Andrey Sibiqanın xarici işlər naziri vəzifəsinə yenidən namizədliyini təsdiqləyib.   Sfera.az “Report”a istinadən xəbə...

İstidə bu yeməkləri yeyərkən diqqətli olun

Yay aylarında havanın həddindən artıq isti olması bəzi qidaların, xüsusilə soyuducudan kənarda qaldıqda sürətlə xarab olmasına və nəticədə ciddi sağlamlıq probl...

Bakı şəhər prokuroru: "Paytaxtda adam oğurluğu artıb"

"Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ilin birinci ...