“Kontakt Home”da çalışan hər 20 əməkdaşdan 1-i Qarabağ müharibəsi iştirakçısıdır

“Kontakt Home”da çalışan hər 20 əməkdaşdan 1-i Qarabağ müharibəsi iştirakçısıdır
Bir neçə gün əvvəl Dövlət Məşğulluq Agentliyi "Məşğulluq marafonu” çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin işlə təminatında işəgötürənləri fəal iştirak etməyə çağırmışdı. Bu sosial məsuliyyət kampaniyasına dəstək məqsədilə "Kontakt Home” mağazalar şəbəkəsi orada çalışan şəhid və qazi, həmçinin məcburi köçkün ailələrinin siyahısını açıqlayıb.

Sfera.az xəbər verir ki, şirkətin bu günə olan əməkdaş sayı 2663 nəfərdir. Onlardan:


-137 nəfəri I və II Qarabağ müharibəsi iştirakçısı;

-128 nəfəri I və II Qarabağ müharibəsi iştirakçılarının ailə üzvləri (o cümlədən 9 nəfəri şəhid ailələrinin üzvləri)

-163 nəfəri məcburi köçkün ailəsi üzvləridir.


Eyni zamanda II Qarabağ müharibəsinin şəhidi və "Kontakt Home” əməkdaşı Aslan Rzayevin 2 yaşlı övladı 18 yaşınadək "Kontakt Home” tərəfindən himayəyə götürülüb. Şəbəkə öz növbəsində digər şirkətləri də bu sosial məsuliyyət kampaniyasında fəal iştiraka çağırıb.


Xatırladaq ki, "Kontakt Home” Vətən müharibəsi dövründə və ondan sonra şəhid və qazi ailələrinə şəxsi büdcələri hesabına ən çox güzəşt edən mağazalar şəbəkəsidir. Bütün bu göstəricilər "Kontakt Home”u həm də sosial məsuliyyət istiqamətində də lider şəbəkələrdən edir.


OXŞAR XƏBƏRLƏR

1 yaşlı qızını amansızlıqla öldürən ataya AĞIR CƏZA VERİLDİ

Bakıda bir yaşlı qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.   Sfera.az xəbər verir...

DTX-nin saxladığı Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mə...

Ərdoğan Suriya rəhbəri ilə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barə...

Rusiya daha 1000 əsgərin cənazəsini verib

Rusiyadan Ukraynaya əsgər cənazələrinin təhvil verilməsi davam edir. Rusiya Prezidenti Vladimir Putinin müşaviri və İstanbulda keçirilən birbaşa danışıqlarda Ru...

Sibiqa yenidən xarici işlər naziri olacaq

Ukrayna Ali Radası Andrey Sibiqanın xarici işlər naziri vəzifəsinə yenidən namizədliyini təsdiqləyib.   Sfera.az “Report”a istinadən xəbə...

İstidə bu yeməkləri yeyərkən diqqətli olun

Yay aylarında havanın həddindən artıq isti olması bəzi qidaların, xüsusilə soyuducudan kənarda qaldıqda sürətlə xarab olmasına və nəticədə ciddi sağlamlıq probl...