Könül Nurullayeva AŞPA-nın Yay Sessiyası üzrə videokonfransında iştirak edib

Könül Nurullayeva AŞPA-nın Yay Sessiyası üzrə videokonfransında iştirak edib

Millət vəkili Könül Nurullayeva ötən gün AŞPA-nın Yay Sessiyası üzrə keçirilən videokonfransında iştirak edib.


Sfera.az-ın məlumatına görə, konfransda "COVID-19 pandemiyasının səbəb olduğu sosial-iqtisadi böhranın aradan qaldırılması" mövzusu ətrafında çıxış edən deputat pandemiyanın qlobal iqtisadiyyata, eləcə də sosial və iqtisadi cəhətdən dünya ölkələrinə ayrılıqda vurduğu ziyandan söz açıb. K.Nurullayeva çıxışı zamanı xüsusilə Azərbaycanın bu sosial-iqtisadi böhranla mübarizəsi çərçivəsində müsbət təcrübəsindən bəhs edib.


Milli Məclis deputatı çıxışında həmkarlarını Azərbaycan dövlətinin şanlı vətən müharibəsində iştirak etmiş qazilər, şəhidlərin ailə üzvləri, xüsusilə də ailə başçısını itirmiş şəhid ailələri üçün nəzərdə tutduğu sosial dəstək və təminat barədə məlumatlandırıb.


Millət vəkili həmçinin Azərbaycanda iqtisadiyyatın dirçəlməsi istiqamətində görülən işlərdən, işsizlik səviyyəsinin minimuma endirilməsi və yeni iş imkanlarının yaradılması üçün dövlət büdcəsindən kiçik sahibkarlar və yeni yaradılmış müəssisələrə, eləcə də pandemiya səbəbilə ən çox zərər çəkmiş sektorlarda fəaliyyət göstərən işçi heyətinə ayırılan maddi yardım planından söz açıb.


Sonda isə K.Nurullayeva pandemiyanın meydana gətirdiyi qlobal sosial-iqtisadi böhranı dəf etmək üçün dünya ölkələri və beynəlxalq qurumları səyləri birləşdirərək, özünü müdafiə etmək imkanına sahib olmayan bir sıra ölkə və həssas qruplara dayaq olmağa çağırıb.


OXŞAR XƏBƏRLƏR

1 yaşlı qızını amansızlıqla öldürən ataya AĞIR CƏZA VERİLDİ

Bakıda bir yaşlı qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.   Sfera.az xəbər verir...

DTX-nin saxladığı Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mə...

Ərdoğan Suriya rəhbəri ilə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barə...

Rusiya daha 1000 əsgərin cənazəsini verib

Rusiyadan Ukraynaya əsgər cənazələrinin təhvil verilməsi davam edir. Rusiya Prezidenti Vladimir Putinin müşaviri və İstanbulda keçirilən birbaşa danışıqlarda Ru...

Sibiqa yenidən xarici işlər naziri olacaq

Ukrayna Ali Radası Andrey Sibiqanın xarici işlər naziri vəzifəsinə yenidən namizədliyini təsdiqləyib.   Sfera.az “Report”a istinadən xəbə...

İstidə bu yeməkləri yeyərkən diqqətli olun

Yay aylarında havanın həddindən artıq isti olması bəzi qidaların, xüsusilə soyuducudan kənarda qaldıqda sürətlə xarab olmasına və nəticədə ciddi sağlamlıq probl...